Qadın həndbolçuların Azərbaycan çempionatında daha bir oyun keçirilib.Azərtac Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, Tbilisidə “Olimpiya” komandasının qonağı olan “Azərsu” Gürcüstan həndbolçuları ilə ikinci görüşü də qələbə ilə başa vurub. Bir gün əvvəl 43:21 hesabı ilə qalib gələn Bakı təmsilçisi, növbəti qarşılaşmada da rəqibə aman verməyib. Matçın əvvəlindən təşəbbüsə yiyələnən “Azərsu” 40:17 hesablı qələbə qazanıb.On iki oyundan 22 xal toplayan “Azərsu” çempionatın lideridir. İki oyun az keçirən “Azəryol” ikinci pillədədir. “Qarabağ” 12 xalla 3-cü yerdə qərarlaşıb. Dördüncü pillənin sahibi Tbilisi “Olimpiya”sının aktivində 7 xal var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Autsayder “Gənclər Birliyi” hələ ki xal qazana bilməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…