Həndbolçuların ölkə çempionatı davam edir

12 Noyabr 2018 11:49

Xəbər 757 dəfə oxunub

Kişi həndbolçuların ölkə çempionatı davam edir.Azərtac Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, dördüncü tur çərçivəsində çempionatın lideri “Məhsul” “Təhsil”lə görüşdə də azarkeşlərini sevindirib. Gərgin mübarizə şəraitində keçən oyun 24:21 hesabı ilə başa çatıb.“Bakı” isə U-16-nı növbəti məğlubiyyətlə barışdırıb. Görüş daha təcrübəli nominal meydan sahibinin 47:13 hesablı qələbəsi ilə nəticələnib. Bu nəticə ilə xal ehtiyatını 6-ya yüksəldən “Bakı” lider “Məhsul”dan iki xal geri qalır.xeber100.com