Həndbolçuların ölkə kuboku yarışlarında finalçılar müəyyənləşib

5 Mart 2019 12:01

Xəbər 648 dəfə oxunub

Kişi həndbolçuların ölkə kuboku yarışlarında finalçılar müəyyənləşib.Azərtac Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, yarımfinal mərhələsində “Bakı” U-16 üzərində inamlı qələbə qazanıb. Yeniyetmə həndbolçular çox çalışsalar da, böyük hesablı məğlubiyyətdən qurtula bilməyiblər. “Bakı”nın tam üstünlüyü ilə keçən qarşılaşma 49:24 hesabı ilə nəticələnib.Günün digər görüşü daha gərgin idman mübarizəsi ilə yadda qalıb. “Məhsul”–“Təhsil” matçında birincilərin imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Meydançaya qələbə üçün çıxan “Məhsul” həndbolçuları azarkeşlərinin etimadını doğruldublar – 32:28.Beləliklə, martın 30-da keçiriləcək final görüşündə “Bakı” və “Məhsul” komandaları kubokun sahibini müəyyənləşdirəcəklər.xeber100.com