Dekabrın 27-də Hind Okeanının şimal sularında İran, Çin və Rusiya hərbi dəniz donanmalarının birgə hərbi təlimi başlayıb.Azərtac xəbər verir ki, hər üç dövlətin iki ay müddətində apardıqları danışıqların nəticəsində birgə hərbi təlim keçirmək barədə razılıq əldə olunub. Təlimlərə döyüş gəmiləri ilə yanaşı, xüsusi təyinatlılar da cəlb edilib.Qeyd edək ki, bu təlimlər dünya mətbuatının gündəmindədir və bu da təsadüfi deyil. Dünya mətbuatı yazır ki, regionda baş verən ciddi siyasi proseslər dövlətlərin hərbi birliklər yaratmasına səbəb olub. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ-ın Yaxın Şərqə təsirinin artması Rusiyanın və Çinin narahatlığına səbəb olub. Hər iki dövlətin Yaxın Şərq ilə yanaşı, Hind Okeanı akvatoriyasında da geosiyasi maraqları var. Bu maraqlara beynəlxalq ticarətə və nəqliyyat yollarına nəzarət etmək və bu kimi digər amillər daxildir. İran diplomatiyası bu məsələni nəzərdən qaçırmır və ABŞ ilə qarşıdurmada Rusiyanı və Çini birlikdə addım atmağın zəruriliyinə inandıra bilib.Bu gün sanksiyalardan əziyyət çəkən İran demək olar ki, ABŞ-a qarşı heç də təkbaşına deyil. İran-Rusiya və İran-Çin münasibətlərinin ABŞ-ın Yaxın Şərqə müdaxiləsindən sonra daha da yaxınlaşmasını göstərən fakt təkcə bu gün başlanan hərbi təlim deyil. Rusiyanın İranda Atom Elektrik Stansiyası tikməyə başlaması və rəsmi Moskvanın İrana 10 milyarddan çox investisiya yatıracağını bəyan etməsi Tehrana ciddi dəstək mesajıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…