Tərtər rayon ictimaiyyəti Novruz bayramını əsgərlərlə birgə qeyd edib.Azərtac xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ərazidəki hərbi hissələrdə bayram tədbirləri keçirilib. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, idarə və müəssisələrin kollektivləri hərbi hissələrə gedərək, əsgər və zabitləri əziz bayram münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətdə – Vətənin müdafiəsində uğurlar arzulayıblar. Çıxışlarda işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və doğma Qarabağımızda Novruz tonqallarının yenidən qalanacağına inam hissi ifadə olunub.Hərbi hissələrə bayram sovqatı çatdırılıb, xidmətdə fərqlənən əsgər və zabitlərə Fəxri Fərman və xatirə hədiyyələri təqdim edilib. Tədbirlərdə bayram tonqalları qalanıb. Rayonun musiqi kollektivləri tərəfindən hərbi hissələrdə bayram konsertləri təşkil edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…