Qazax rayonunda ilk azərbaycanlı hərbi pilot, Birinci Dünya müharibəsinin iştirakçısı Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılan təyyarə abidəsinin açılışı olub. Azərtac xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Fərrux ağa Qayıbovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıb. Bildirib ki, F.Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Bornaya hücuma keçib, almanların mövqelərini darmadağın edərək külə döndərib. Onun təyyarəsinə hücum edən 4 alman qırıcısından üçünü partladıb. Lakin öz təyyarəsi də aldığı zərbədən yerə çırpılıb və igid pilot qəhrəmancasına həlak olub. Azərbaycanlı təyyarəçinin igidliyinə heyran qalan almanlar F.Qayıbovun nəşini onlara məxsus ərazidə göstərdiyi igidliyə layiq şəkildə, ehtiramla dəfn ediblər. Çıxış edənlər Fərrux ağa Qayıbovun keçdiyi döyüş yolundan, müharibədə göstərdiyi qəhrəmanlıqlardan ağız dolusu danışıblar. Sonda rayonun Yuxarı Salahlı kənd tam orta məktəbinin şagirdləri kompozisiya təqdim edib, hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…