Azərbaycan Respublikasının Silahlı Qüvvələrində “Bayrağım-varlığım, bəxtiyarlığım” devizi ilə keçirilən hərbi-vətənpərvərlik həftəsi davam edir. Azərtac xəbər verir ki, həftənin növbəti tədbiri Tovuz şəhərindəki Heydər Əliyev Meydanında təşkil olunub. Layihənin müəllifi, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək hərbi-vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələrin şəxsi heyətinin, həm də mülki əhalinin bayrağımıza sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov isə tovuzluların istər Böyük Vətən müharibəsi illərində, istərsə də bu gün Vətənin müdafiəsində göstərdikləri qəhrəmanlıqlardan bəhs edib. Qeyd olunub ki, Tovuz torpağı 3 Sovet İttifaqı Qəhrəmanı, 3 Azərbaycanın Milli Qəhrəmanı yetişdirib. Bununla yanaşı, 300-dən artıq tovuzlu şəhidlik zirvəsinə ucalıb və bu torpaqda böyüyüb boya-başa çatan xeyli sayda hərbi qulluqçu döyüş orden və medalları ilə təltif olunub. Hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində yüzlərlə tovuzlu gənc xidmət edir, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi peşələrə yiyələnir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…