“Hamburq” klubu “Çelsi”nin müqavilə təklifini qəbul etməyib

7 Sentyabr 2017 11:09

Xəbər 1821 dəfə oxunub

“Hamburq” futbol klubunun hücumçusu Yann-Fiete Arp karyerasını Almaniyada davam etdirməyi üstün tutub “Hamburger Morgenpost” xəbər verir ki, Almaniyanın gənclərdən ibarət yığma komandasının 17 yaşlı oyunçusu “Çelsi”nin sərfəli müqavilə təklifini qəbul etməyib.Oyunçu “Hamburq” klubu ilə müqavilə müddətini 2019-cu il iyunun 30-dək uzadıb.Qeyd edək ki, Arp ilə “Yuventus” və “Barussiya” klubları da maraqlanır.xeber100.com