Hava və Ekstremal İdman Növləri Federasiyasının məlumatı

7 İyul 2017 11:32

Xəbər 843 dəfə oxunub

Gürcüstanın Svanetiya bölgəsinin Lentexi ərazisində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarının da iştirak etdiyi idman dırmanması üzrə beynəlxalq turnir keçirilib.FAİREX-dən Azərtac-a bildirilib ki, sürət və çətinlik növü üzrə təşkil olunan yarışda ölkəmizi məşqçi Çingiz Tağızadənin rəhbərlik etdiyi yığmamızın üzvləri təmsil ediblər.Təmsilçilərimiz uğurla çıxış edərək üç gümüş medal qazanıblar. Komanda üzvlərimizdən Gəray Əliyev sürət və çətinlik, Fuad Abdullayev isə yalnız çətinlik növü üzrə yarışda ikinci olublar.xeber100.com