Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə yeniyetmələr arasında idman dırmanması (boldrinq) üzrə Şəki turniri keçirilib.FAIREX-dən Azərtac-a bildiriblər ki, Şəki “AMA” və Qax “Ekstremal” klublarının yeniyetmə idmançılarının iştirak etdikləri turnirdə gərgin idman mübarizəsi aparılıb.Turnirin birinci günündə təsnifat mərhələləri üzrə yarışlar keçirilib. Bu mərhələlərdən müvəffəqiyyətlə keçən idmançılar yarımfinala vəsiqə qazanıblar. Yarışın ikinci günündə idmançılar yarımfinal və final mərhələlərində birincilik uğrunda güclərini sınayıblar.Boldrinq üzrə açıq respublika çempionatının seçmə mərhələsinin yekununda 25 idmançı növbəti mərhələyə yüksəlib. Nəticədə ən güclü səkkiz idmançı finala vəsiqə qazanıb.Çempionatda Yunus Abdurahmanov (AMA) və Əli Osmanlı (Qax Ekstremal) birinci, Elvin Hüseynov (AMA) ikinci, Tural Məhərrəmov (AMA) üçüncü yerə layiq görülüblər.Qaliblər medal və sertifikatlarla təltif olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…