Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə…

15 Dekabr 2017 13:30

Xəbər 1300 dəfə oxunub

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə dekabrın 23-24-də draytulinq üzrə ölkə çempionatı keçiriləcək.FAIREX-dən Azərtac-a bildiriblər ki, çempionat Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının qaydaları əsasında “ClimBaku” idman dırmanması mərkəzində təşkil ediləcək.Çempionata qatılmaq istəyən şəxslər dekabrın 20-dək qeydiyyatdan keçə bilərlər. Turnirdə 14 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.xeber100.com