Azərbaycanda iyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25°, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacaq.Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturunun 23-24° isti olacağı gözlənilir.Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturunun 25-26° isti olacağı ehtimal edilir.Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…