Gəncədə kiçik tutumlu təyyarələrin və helikopterlərin yığılmasını həyata keçirən yeni müəssisə qurulacaq.Azərtac xəbər verir ki, bu fikirlər Avstriyanın ölkəmizdəki səfiri Aksel Vexin Gəncəyə səfəri zamanı şəhər icra hakimiyyətində gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı müzakirələrin gedişində səsləndirilib.Avstriya ilə iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyən Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, aparılan danışıqlardan sonra həmin ölkədən kiçik tutumlu təyyarə və helikopterlərin yığımını həyata keçirən müəssisənin yaradılmasına dair razılıq məktubu alınıb.Razılaşmaya əsasən, müəssisə Avstriya dövlətinin köməyi ilə Gəncə Beynəlxalq Hava Limanının yaxınlığındakı 30 hektar ərazidə qurulacaq. İlkin mərhələdə burada kiçik tutumlu təyyarələr yığılacaq və təmir ediləcək. İkinci mərhələdə isə helikopterlərin yığılmasına başlanılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…