“Herta” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

26 Yanvar 2021 12:24

Xəbər 485 dəfə oxunub

Almaniyanın “Herta” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə Pal Dardai təyin olunub.Macarıstanlı mütəxəssislə 2022-ci ilin iyununadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Bruno Labbadianı əvəzləyib.Dardai 2015-2019-cu illərdə də “Herta”nı çalışdırıb.Qeyd edək ki, “Herta” Bundesliqada 18 turdan sonra 17 xalla 14-cü pillədə qərarlaşıb.xeber100.com