“Herta” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

14 Mart 2022 15:02

Xəbər 364 dəfə oxunub

Almaniyanın “Herta” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Klubun rəsmi saytı xəbər verir ki, komandanı Feliks Maqat çalışdıracaq. Almaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Tayfun Korkutu əvəzləyib.Qeyd edək ki, F.Maqat 5 ildir işsizdir. O, sonuncu iş yeri olan Çinin “Şandun Tayşan” klubundan 2017-ci ildə ayrılıb.xeber100.com