“Herta” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub

10 Aprel 2020 18:32

Xəbər 459 dəfə oxunub

Almaniyanın “Herta” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub.Azərtac xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Bruno Labbadia çalışdıracaq. O, bu vəzifədə Aleksandr Nurini əvəzləyib.Əlli dörd yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.Almaniyalı məşqçi daha əvvəl “Bayer”, “Hamburq”, “Ştutqart” və “Volfsburq” klublarını çalışdırıb.xeber100.com