“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

8 May 2023 14:44

Xəbər 142 dəfə oxunub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Bakı Metropoliteni” QSC və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının dəstəyi ilə “Xocəsən” elektrik deposunda ağacəkmə kampaniyası təşkil olunub.

Ötən il dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə birinci mərhələ üzrə inşaat işləri yekunlaşdırılaraq istifadəyə verilmiş “Xocəsən” elektrik deposu 24,28 hektar ərazini əhatə edir. Bənövşəyi xəttə xidmət göstərən depoda bu günə qədər 1000-dən artıq ağac əkilib, yaşıllıqlar salınıb. Xocəsən qəsəbəsində yerləşən elektrik deposunda inşaat işləri 3 mərhələdə, əvvəlcədən nəzərdə tutulmuş layihəyə uyğun aparılır. Bu isə gələcəkdə elektrik deposunda işçilərin ekoloji təmiz məkanda asudə vaxtlarını keçirməsi üçün nəzərdə tutulmuş istirahət guşələrinin yaradılmasını da özündə ehtiva edir.

“Bakı Metropoliteni”ndən bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən növbəti aksiya zamanı depo ərazisində mövsümi şərait və ərazinin torpaq xüsusiyyətləri nəzərə alınmaqla, 200-ə yaxın zeytun ağacı əkilib. Aksiyada rayon təşkilatının fəalları və “Bakı Metropoliteni” QSC-nin kollektivinin üzvləri yeni istifadəyə verilmiş depo ərazisində yaşıllıqların salınması işində yaxından iştirak etməklə gələcəyə töhfə veriblər.

Deponun indiki ərazisinin bir hissəsində vaxtilə pərakəndə tikilmiş obyektlər yerləşib. Digər hissədə ekoloji mühitə mənfi təsir edən bataqlıq olub. Burada ətraf mühitin çirklənməsinə münbit şərait yaradan müxtəlif tullantıların atılması ilə antisanitar vəziyyət hökm sürüb. Deponun inşası və layihə üzrə aparılan abadlıq işləri ötən qısa müddət ərzində ərazinin ekomühitinin sağlamlaşdırılmasına hiss olunacaq təsir göstərib.xeber100.com

BRICS bankı tezliklə 28 milyard dollar dəyərində “Maharaja istiqrazları” adlı qiymətli kağızları buraxacaq

Aparıcı inkişaf etməkdə olan bazarların bloku olan BRICS təşkilatının bankı qlobal bazarlara yeni istiqrazlar çıxarmağa hazırlaşır və bu istiqrazlar ABŞ dollarında deyil, yerli valyutalarda olacaq. Xarici KİV-lər xəbər verir ki, Yeni İnkişaf Bankı (NDB) kimi tanınan BRICS bankı tezliklə 28 milyard dollar dəyərində "Maharaja istiqrazları" adlı qiymətli kağızları buraxacaq. Bu maliyyə qurumu, eyni zamanda, kriptovalyutaya diqqət yetirir. İstiqrazların buraxılacağı dəqiq tarixi açıqlamayıb, lakin NDB-nin baş əməliyyat direktoru Vladimir Kazbekovun bankın tənzimləyici orqanlarından təsdiq gözlədiyi açıqlanıb. Qurumun internet saytına görə, yeni istiqrazlar hökumətlər, maliyyə institutları və daimi investorlar üçün təqdim ediləcək. İstiqrazları gücləndirmək və müvafiq iqtisadiyyatların inkişafına dəstəyini təmin etmək üçün onları yerli valyutalarda almaq mümkün olacaq. İstiqrazların buraxılması planı BRICS-in “de-dollarizasiya” təşəbbüslərinin bir hissəsidir, çünki alyans qlobal iqtisadiyyatda islahatlar aparmaq məqsədilə Amerika valyutasından asılılığı azaltmaq istiqamətində irəliləyir. BRICS-ə Braziliya, Çin, Rusiya, Hindistan və Cənubi Afrika Respublikası, həmçinin altı yeni üzv - İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Argentina və Efiopiya daxildir. Bu qrupa daxil olan ölkələrin liderləri 2023-cü ilin sonlarında keçirdikləri son sammitdə qlobal iqtisadiyyatın siyasi məqsədlər üçün istismarını yekdilliklə rədd etdikləri üçün ABŞ dollarından imtina etmək məqsədilə yerli valyutaların istifadəsini təşviq etməyə söz veriblər.xeber100.com

Yanvar 15, 2024 14:42

Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 100-cü iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 100-cü iclası keçirilib. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, MDB İqtisadi Şurasının sədri Adılbek Kasımaliyevin sədrliyi baş tutan iclasda nümayəndə heyətlərinin başçıları MDB ölkələrinin iqtisadi sahədə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Nümayəndə heyətlərinin başçıları əvvəlcə məhdud tərkibdə görüş keçiriblər. Sonra baş tutan geniş tərkibdə görüşdə MDB ölkələrinin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair 2030-cu ilədək nəzərdə tutulmuş fəaliyyət planı, MDB ölkələrinin energetika sahəsində əməkdaşlıq planı, qarşılıqlı ticarət, intellektual mülkiyyət sahələrində qarşılıqlı fəaliyyət, milli nüvə infrastrukturlarının inkişafı üzrə baza təşkilatlarının yaradılması və bir çox digər məsələləri nəzərdən keçiriblər. Tərəflər, həmçinin MDB ölkələrinin hava hücumuna qarşı müdafiə sistemlərinin yaradılması və inkişafı, MDB-nin büdcə məsələlərinə dair sənədlər imzalayıblar. MDB-də sədrlik növbəti il üçün Qırğızıstandan Rusiyaya keçib. Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında qeyd edib ki, iclasda Rusiya MDB-də sədrliyinin əsas müddəalarını təqdim edib. O vurğulayıb ki, Rusiya sədrliyi dövründə energetika sahəsində təhlükəsizlik və qida təhlükəsizliyi sahələrinə üstünlük verəcək, nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi, ölkələrimizin məhsullarının qlobal Cənuba çıxması üçün “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin inkişafına önə çəkiləcək.xeber100.com

Dekabr 9, 2023 19:44