Rusiya paytaxtında keçirilən “Heydər Əliyev Kuboku” uğrunda mini-futbol turniri başa çatıb. Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, turnirin final mərhələsi Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin İdman Kompleksində keçirilib. Turnirin qalibi AMOR-un Tula vilayəti üzrə regional bölməsinin komandası olub. İkinci yeri Ümumrusiya Dövlət Ədliyyə Universitetinin komandası, üçüncü yerləri isə AMOR-un Kaluqa vilayət üzrə regional bölməsi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin komandaları tutublar. Sonda birinci yerin sahibinə “Heydər Əliyev kuboku” və qızıl medallar təqdim olunub. Digər yerlərin qaliblərinə müvafiq olaraq gümüş və bürünc medallar və AMOR rəhbəri adından hədiyyələr təqdim edilib. Qeyd edək ki, turnir 2009-cu ildən etibarən hər il Heydər Əliyevin doğum günü ərəfəsində təşkil olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…