Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93- cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında keçirilən “Heydər Əliyev və sahibkarlığın inkişafı” mövzusunda yaradıcılıq MÜSABİQƏSİNİN ŞƏRTLƏRİ
– Təqdim edilən məqalələrdə, televiziya və radio süjetlərində ümummilli lider Heydər Əliyevin sahibkarlığın inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü mühüm işlər, eləcə də yaratdığı möhkəm təməl əsasında özəl sektorun hazırkı inkişaf səviyyəsi əks etdirilməlidir;
– Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər tək və ya müştərək halda iştirak edə bilərlər; – Hər bir jurnalist və ya jurnalistlər qrupu müsabiqəyə yalnız bir məqalə (və ya süjet) təqdim edə bilər;
– Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjeti isə 3 dəqiqədən az olmamalıdır;
– Məqalə, televiziya və radio süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİVdə çap olunmalı və ya yayımlanmalıdır;
– Materialın sonunda “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır;
– Material qəzetdə və ya jurnalda dərc edilərsə onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməli, televiziya və radio süjeti isə DVD-də olmaqla KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 2 may 2016-cı il tarixinədək İqtisadiyyat Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç.,84 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cü otaq), materialın elektron versiyası isə həmin tarixədək [email protected]” poçt ünvanına göndərilməlidir.
– Müsabiqəyə təqdim olunmuş materiallar İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2016-cı il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir. Materiallar aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir: – mövzunun əhatə olunması, jurnalist araşdırması; – materialın oxucu üçün informasiyalılıq səviyyəsi; – dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi; – jurnalist obyektivliyi; Qaliblər mükafatlandırılacaqdır. Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyinin məsul əlaqələndiricisindən almaq olar (tel: 493-88-67, daxili: 20-45 Vüsalə Quliyeva).xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…