Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə…

10 May 2022 14:39

Xəbər 525 dəfə oxunub

Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.İdarədən Azərtac-a bildiriblər ki, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində təşkil olunan yarışın nəticələrinə əsasən, 244 nömrəli tam orta məktəbin komandası birinci olub. 276 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 283 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Fidan Həsənli iştirak ediblər.xeber100.com