Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnir keçirilib

17 May 2022 13:28

Xəbər 326 dəfə oxunub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.BŞGİBİ-dən verilən məlumata görə, turnirdə 130 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparıb.Yarış 5 yaş qrupu üzrə oğlanlar və qızlar arasında keçirilib.Yaş qrupları üzrə Xalid Rəhmanov (5-6 yaş), Fateh Rzasoy (7-8 yaş), Kamran Şıxıyev (9-10 yaş), Rəhman Mehdili (11-12 yaş) və Elgün Abbasov (14-15 yaş) birinci olublar.Qaliblərə diplom və medallar təqdim edilib.xeber100.com