Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatının inkişafı istiqamətində müstəsna xidmətlərindən danışıb. KOBİA sədri, həmçinin agentliyin kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına dəstək tədbirləri barədə məlumat verib. Bildirilib ki, Agentlik regionlarda sahibkarlıq fəaliyyətini və aqrar sahədə məşğulluğu təşviq edir, gənclərin biznes fəaliyyətinə cəlb olunması və sahibkar kimi formalaşmasına dəstək istiqamətində tədbirlər görür. Bunun üçün KOBİA-nın müxtəlif dəstək alətləri mövcuddur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…