Azərbaycanda fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.Havanın temperaturunun gecə 2-4°, gündüz 5-7° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, fevralın 14-də Abşeron yarımadasında yağışlı və arabir güclənən küləkli hava şəraiti müşahidə ediləcək ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, fevralın 15-16-da meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amildir.Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə qara keçəcəyi, intensiv olacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-9° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20°, gündüz 10-13° şaxta olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1-4°, gündüz 6-9° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2-5°, gündüz 6-9° isti, dağlarda gecə 0-3°, gündüz 3-6° isti olacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…