Pakistanın elektron KİV-lərin fəaliyyətini tənzimləyən orqanı (Pakistan Electronic Media Regulatory Authority, PEMRA) oktyabrın 1-də ölkə ərazisində Hindistan informasiya kanallarının “qanunsuz” yayımını tam qadağan edən qərar verib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, qərar oktyabrın 15-dən qüvvəyə minəcək. Qadağaya məhəl qoymayaraq yayımı davam etdirən kabel televiziya kompaniyalarına qarşı sərt tədbirlər görüləcək. Bir qədər əvvəl Pakistandakı kinoteatrlar Hindistanın ölkə ərazisindəki 7 rayona zərbələr endirməsi nəticəsində iki pakistanlı hərbçinin ölümünə cavab olaraq hind filmlərini yayımlamaqdan imtina etdiyini bildirmişdi. Qeyd edək ki, yaraqlıların Kəşmirdə yerləşən hərbi hissəyə hücumundan sonra iki ölkə arasında gərginlik artmağa başlayıb. Həmin hadisə nəticəsində Hindistan ordusunun 18 hərbçisi həlak olmuşdu. Nyu-Deli yaraqlıların Pakistan ərazisindən gəldiyini iddia etsə də, İslamabad insidentlə əlaqəsinin olmadığını bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…