Tbilisidə keçirilən “Hodroenergetika: Xəzər dənizi və Mərkəzi Asiya – 2018” adlı beynəlxalq konfrans başa çatıb.Azərtac xəbər verir ki, konfransın sonuncu günü Azərbaycanda əhalinin fasiləsiz və səmərəli elektrik enerjisi ilə təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.Azərbaycan nümayəndə heyətinin üzvü, “Azərenerji” ASC yanında “Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin Hidrolayihə İdarəsinin baş mühəndisi Cəlaləddin Vəliyev bildirib ki, son illər ölkəmizdə bu sahədə çox mühüm layihələr həyata keçirilib, su elektrik stansiyaları tikilib və daha bir neçə layihə üzərində işlər davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Respublikası üzrə “Azərenerji” tərəfindən yerinə yetirilmiş işlər üzrə enerji sisteminin qoyuluş gücü 7 GVt təşkil edir.Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı Dövlət Proqramının çərçivəsində respublikamızın iqtisadi rayonları üzrə 6 kiçik Su Elektrik Stansiyasının (SES) tikintisi başa çatıb. Daha 3 silsilə SES-in tikintisi isə davam edir. Eyni zamanda, respublika ərazisindəki bir neçə çay üzərində kiçik SES-lərin tikintisi üzrə təhqiqat işləri aparılır.Azərbaycanın enerji potensialı qonşu ölkələrlə enerji mübadiləsi və əməkdaşlığına da geniş imkanlar yaradır.Konfransda iştirak edən İran, Gürcüstan, Türkiyə və Rusiyadan olan energetiklər Azərbaycanın enerji potensialını yüksək qiymətləndiriblər.Tədbirdə energetika sahəsində yeniliklər, iştirakçı ölkələrdə əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı, enerji təhlükəsizliyi, kiçik, orta və irihəcmli elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrinin yaradılması, elektrik enerjisi mübadiləsi və s. məsələlər müzakirə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…