“Noi.md” saytının məlumatına görə, Moldova parlamentinin bugünkü iclasında Pavel Filip hökumətinin fəaliyyətinə münasibətdə etimadsızlıq rəyi müzakirə ediləcək. Deputatlar Baş naziri dinləyəndən sonra bir qrup sosialistin, kommunistin və liberal-demokratın (cəmi 34 deputat) irəli sürdüyü etimadsızlıq rəyini dəstəkləyib-dəstəkləməmək barədə qərar qəbul edəcəklər. Təşəbbüs qrupunun fikrincə, indiki hökumət səriştəsizdir, xalq tərəfindən dəstəklənmir, Moldovanın isə ölkə vətəndaşlarının tələbatını təmin edəcək yeni hökumət proqramına ehtiyacı var. Pavel Filip bütün bu ittihamları rədd edərək vurğulayıb ki, müxalifət partiyaları nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyirlər, bunun üçün yeganə əlçatan vasitə siyasi sabitliyi pozmaqdır. Qeyd edək ki, hökumətə etimadsızlıq rəyi seçilmiş deputatların dörddəbir hissəsinin təşəbbüsü ola bilər. Etimadsızlıq rəyini təsdiq etmək üçün isə azı 51 səs lazımdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…