Avropa İttifaqının “Horizon-2020” proqramı çərçivəsində Almaniya Aerokosmik Mərkəzinin əməkdaşı Jörn Grünevald və Macarıstanın Elmi İnkişaf və Məlumat Mərkəzinin baş elmi işçisi Bela Kardon Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda olublar.İnstitutdan Azərtac-a bildiriblər ki, görüşün məqsədi Avropa dövlətləri ilə əməkdaşlıq istiqamətində görüləcək işlər haqqında azərbaycanlı alimlərin tövsiyələrini almaq olub.İnstitutun direktoru, akademik Nazim Məmmədov avropalı alimlərə Azərbaycanda elmin vəziyyəti, elm və tədqiqat sahəsində görülən işlər və yeniliklər haqqında məlumat verib.Sonra qonaqlar institutun innovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olublar.Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev iştirak edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…