Psixoloq və “çox saylı intellekt” anlayışının müəllifi Hovard Qardner intellektin 8 növünü müəyyən edib.
1.Linqvistik intellekt
Yazılı və ya şifahi sözə maraqla büruzə verilir. Bu intellektli uşaqlar böyük həvəslə nağıllara qulaq asırlar. Həmçinin yazmaq və oxumağa erkən yiyələnə bilirlər. Gənc yaşlarında kitab oxumağı, divar qəzetləri hazırlamağı, krossvordlar həll etməyi və hər hansı bir hadisəni həvəslə danışmağı xoşlayırlar. Bu tipli intellektə sahib olanlar üçün təhsilin şifahi keçməsi, birgə kitab oxumaq və diskussiya formasında aparılması önəmlidir. Müasir təhsil sistemi məhz bu intellektə daha çöx önəm verir. Bu tip intellektli uşaqlar oxuyur, yazır, dinləyir, danışır və nəql edirlər. Bu intellektin realizəsi yazıçı, ssenarist, dramaturq, jurnalist, siyasətçi, korrektor və tərcüməçi peşələri üzərində edilə bilər.
2. Riyazi-məntiq intellekti
Bu cür uşaqlar rəqəmlərə və nömrələri xoşalyırlar. Adətən onlar, telefon nömrələrini, hadisələrin tarixini asanlıqla yadda saxlaya bilirlər. Onlar riyazi məsələləri həll etməkdən zövq alırlar. Onlar təhlil və nəticə çıxarmağı xoşlayırlar. Asanlıqla səbəb və nəticələrin əlaqələrini təyin edir, sistemləşməyə can atır və abstrakt məlumatlarla zehni əməliyyatlar apara bilirlər. Bu cür uşaqlar riyaziyyatçı, mühasib, analitik, proqramçı, alim, detektiv və həkim ola bilərlər.
3. Vizual-məkan intellekti
Bu cür uşaqlar saatlarla taxta və elə də gözə xoş gəlməyən oyuncaqlarla oynaya bilirlər. Onlar böyük həvəslə pazllar toplayır, labirint oyunlarından zövq alırlar. Çox vaxt onların xəyali dostları olur və təxəyyülləri yaxşı inkişaf etmiş olur. Tez-tez xəyallara dalır və rəsm çəkməyi xoşlayırlar. Rənglərin ahəngliyini hiss edir və erkən yaşlarından geyimlərində nəyin uyğun olub olmamasını anlayırlar. Bu cür gənclər həndəsə, rəsmxət və təbiət elmləri (fizika, kimya) istiqamətində uğurlar əldə edə bilirlər. Onlarda məkan anlayışı inkişaf etmiş olur. Müxtəlif məkan və ətrafla bağlı xırda detalları asanlıqla yadda saxlaya bilirlər. Cədvəlləri rahatlıqla oxuya bilir və diaqramları anlayırlar. Beyinlərində əvvəlcədən dəyişiklikləri (məsələn, otaqda mebel yerdəyişməsi) düşünüb sonradan onları həyata keçirə bilirlər. Onlar ətrafı başqa bucaqdan görə bilirlər və görüntünün müxtəlif formalarını təklif edə bilirlər. Bu xüsusiyyətlərə malik uşaqlar gələcəkdə dizayner, memar, rəssam, cizgi filmləri sahəsində mütəxəsis, mühəndis, ixtiraçı və ya heykəltaraş ola bilərlər.
4. Cismi-kinestik intellekti
Bu növ intellektin sahibləri üçün əsas özünü ifadə aləti onların cismləridir. Hərəkətlər, müxtəlif mimikalar vasitəsi ilə onlar emossiyalarını və fikirlərini rahat ifadə edə bilirlər. İnstiktiv olaraq onlar fiziki yükləməyə və idmana meyilli, sağlam, güclü və yaxşı qidalanan olurlar. Onların bir çox bacarıqları inkişaf etmiş olur. Onlar ustalıq etməyi və işlərini əlləri ilə görməyi xoşlayırlar. Səhnədə çıxış etməkdən zövq alırlar. Onların bacarıqları rəqabət və uğur qazanmaq yolunda çalışmaqla inkişaf edir. Belə ki, uğursuzluğa qarşı dözülməzlik ifadə edir, dəstəyə və alqışlanmağa ehtiyac duyurlar. Bu istedada malik insanlar idmançı, idman sahəsində mütəxəssis, mexanik, heykəltaraş, cərrah və ya artist ola bilərlər.
5. Musiqili intellekt
Bu cür uşaqlar ritmi yaxşı hiss edir və eşitmə, duyma qabiliyyətləri güclü olur. Musiqi alətlərinə qarşı maraqları yüksəkdir. Musiqidən zövq alır və bu sahəyə maraqları güclü olur. Musiqiləri asanlıqla yadda saxlaya bilirlər. Bu cür qabiliyyətlərə malik insanlar musiqiçi, bəstəkar, tənqidçi, dirijor, səs operatoru, radio aparıcı, və yaxud musiqi redaktoru ola bilərlər.
6. Təbii-naturalistik intellekt
Bu növ intellektli insanalar təbiətə qarşı xüsusi sevgi ilə yanaşırlar. Onlar müxtəlif bitki və canlı aləmlə bağlı eksperiment keçirməyi xoşlayırlar. Onlar bitkilərin inkişafını, həşəratların hərəkətlərini saatlarla müşahidə edə bilirlər. Heyvan saxlamağı xoşlayır evlərində müxtəlif bitkilər yetişdirirlər. Təbiət hadisələrini izləməkdən zövq alırlar. Keçmiş zamanlarda bu cür insanlar çox bacarıqlı ovçular, təbib və otlar aləminin biliciləri olurdular. Müasir zamanımızda bu cür uşaqlar biologiya, kimya və ətraf mühütlə bağlı fənlərdən yüksək qiymətlər alırlar. Təbiət gəzintilərində və ətraf mühitlə bağlı tədbirlərdə həvəslə iştirak edirlər. Bu uşaqlar gələcəkdə ekoloq, baytar, geoloq, okean aləminin tədqiqatçısı, seysmoloq, arxeoloq, meşəbəyi və ya fermer ola bilərlər.
7. Ekzistensional intellekt
Bu cür uşaqlar erkən yaşlarından yüksək səviyyəli düşüncələri ilə fərqlənirlər. Hisslərini anlayır və onları idarə edə bilirlər. Onlar sağlam düşünə bilir və nəticə çıxara bilirlər. Erkən yaşlarından həyat və ölümlə bağlı mövzular onları maraqlandırır və dünyanın yaranışı ilə bağlı müxtəlif fikirlər irəli sürə bilirlər. İlahi elmlər və fəlsəfə ilə dərindən maraqlanırlar. Onlar sağlam düşünərək uzunmüddətli planlar qurur və bu planlara riayət edə bilirlər. Bu cür uşaqlar gələcəkdə ruhani, psixoloq, siyasətçi, təbliğatçı, fəlsəfə elmləri üzrə professor və ya müəllim ola bilərlər.
8. İnterindividual intellekt
Bu cür uşaqlar əlaqələndirici olaraq ətrafdakılarla tez bir zamanda əlaqə yarada bilirlər. Necə xoşa gəlməyin yollarını bilir və öz istedadlarından məharətlə istifadə edə bilirlər. İnsanları asanlıqla anlaya bilirlər. Əhvallarını sürətlə dəyişib idarə edə bilirlər. Artıq uşaq vaxtlarından istedadlı danışıqlar apara bilirlər. Gənc yaşlarında ətraflarında insanları toplaya bilir, və insanlar arasında liderə çevrilə bilirlər. Ağıllı olduqları üçün onların çoxlu dostları olur. Ünsiyyətcil, zarafatcıl və yüksək xarizmaya malik olurlar. Başqalarını yaxşı anladıqları üçün insanlara dəstək olub yardım edə bilirlər. Bu cür uşaqlar gələcəkdə müəllim, siyasətçi, natiq, danışıqlar aparan vasitəçi, diplomat, menecer, direktor və s ola bilərlər.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…