“Hueska” klubuna yeni baş məşqçi təyin olunub

30 May 2018 15:18

Xəbər 658 dəfə oxunub

Növbəti mövsümdən İspaniya La Liqasında mübarizə aparmaq hüququ qazanan “Hueska” klubuna yeni baş məşqçi təyin olunub. Debütant argentinalı Leo Frankoya tapşırılıb.Azərtac xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qırx bir yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb.Qeyd edək ki, bir vaxtlar Türkiyənin “Qalatasaray” klubunun da şərəfini qorumuş Leo Franko futbolçu karyerasını 2016-cı ildə məhz “Hueska”da başa vurub. “Hueska” hazırda İspaniya Birinci Divizionunda sona bir tur qalmış 75 xalla ikinci pillədə qərarlaşıb. Bu komandanı lider “Rayo Valyekano”dan cəmi 1 xal ayırır.xeber100.com