Bakıda “Human Capital-2018” forumu keçirilib. Azərbaycan Banklar Assosiasiyası və İnsan Resursları Cəmiyyətinin birgə təşkil etdiyi tədbirdə ümumilikdə 63 dövlət qurumu və kommersiya şirkətləri, o cümlədən bankların HR nümayəndələri iştirak ediblər.Azərtac xəbər verir ki, “Human Capital Forum”un əsas məqsədi insan resursları sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, onların peşəkar inkişafına dəstək vermək, təcrübə mübadiləsi aparmaqdır.Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev insan kapitalının formalaşmasında İnsan Resursları Cəmiyyətinin menecerlərinin rolundan danışıb. O, Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Tədris strategiyaları və İR üzrə” Ekspert Qrupunun fəaliyyətindən də danışıb.Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib ki, bu sahədə təlimlərin rolu danılmazdır.İki panel üzrə keçirilən iclasda bir sıra təqdimatlar olub. İstedadların cəlb edilməsi, doğru qiymətləndirmə instrumentlərinin seçilməsi, insan resurslarının idarə edilməsi və digər mövzularda təqdimatlar maraqla qarşılanıb.Maliyyə Bazarlarına Nəzarət Palatasının İnsan resursları departamenti və Azərbaycan Beynəlxalq Bankın mütəxəssisləri də məruzələrlə çıxış ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…