Çin Super Liqası güclənməkdə davam edir.“Hürriyyət” qəzeti xəbər verir ki, keçən mövsüm 40 milyon avroya Madridin “Atletiko” komandasından “Barselona”ya keçən Arda Turan daha bir transfer astanasındadır. Katalon klubunun türkiyəli futbolçusu Arda Turan karyerasını Çində davam etdirə bilər.O, Çinin “Şanxay Şenxua” klubu ilə razılığa gəlib. Üçillik müqaviləyə əsasən, Ardanın Çində bir mövsüm üçün məvacibi 20 milyon avro təşkil edəcək. Hazırda “Şanxay Şenxua”nın “Barselona” ilə yekun məbləğə dair danışıqlar apardığı bildirilir. Tərəflər 29 yaşlı futbolçunun transferi üçün nə qədər kompensasiya ödəniləcəyini müzakirə edirlər.2015-ci ildən İspaniya təmsilçisinin heyətində çıxış edən Arda cari mövsümdə 21 oyun keçirib. Onun aktivində 11 qol və 7 məhsuldar ötürmə var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…