Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan “Hyundai Motors”un işçiləri əməkhaqqının azlığı ilə bağlı tətillərə başlamağa qərar veriblər. Şirkətin həmkarlar ittifaqının bu məqsədlə keçirdiyi səsvermədə 50 min 274 üzvün 65,93 faizi şirkət rəhbərliyi ilə danışıqların nəticə verməyəcəyi təqdirdə tətillərin başlanmasının lehinə səs verib.“Hyundai Motors”un işçiləri aylıq məvaciblərinin 154 min 883 Koreya vonu (136 ABŞ dolları) artırılmasını, habelə şirkətin illik xalis gəlirinin 30 faizinin işçilərə bonus üçün ayrılmasını tələb edirlər.Qeyd edək ki, işçilərin bu tətili “Hyundai”ın satış ilə bağlı problemləri fonunda baş verir. Şirkət cari ilin birinci rübündə 2 milyon 198 min ədəd avtomobil satıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azdır.“Hyundai Motors”un törəmə şirkəti olan “Kia Motors”un işçiləri də tətilə başlamağı düşünürlər. Bunun üçün gələn həftənin ilk günlərində səsvermə təşkil ediləcək. “Kia Motors”un işçiləri də eyni tələbləri irəli sürüblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…