Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində “Qafqaz Albaniyası tarixinin aktual problemləri” mövzusunda I Beynəlxalq Albanşünaslıq Simpoziumu keçirəcək.
İnstitutdan bildirilib ki, oktyabrın 4-5-də Bakıda keçiriləcək simpoziuma məqalə və poster qəbul olunur. Simpozium “Albanşünaslığın nəzəri problemləri”, “Alban abidələrinin arxeoloji tədqiqi”, “Qafqaz Albaniyasının memarlıq irsi”, “Alban dili, əlifbası və yazılı abidələri”, “Albaniyada dini durum”, “Albaniyanın təsərrüfat həyatı, xarici əlaqələri, ticarət və pul münasibətləri” və “Alban irsinin dağıdılması, saxtalaşdırılması və mənimsənilməsi cəhdləri” mövzularını əhatə edəcək.
Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Məruzələrin tezisləri sentyabrın 1-dək qəbul olunur. Tezislər 300 sözdən çox olmamalıdır. Tezislər [email protected] ünvanına göndərilməlidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…