Oktyabrın 2-də Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika regionu üzrə bürosunun təşkilatçılığı ilə ICAO-nun Şərq, Orta Asiya, Avropanın Balkan və Baltikyanı ərazilərinin dövlətləri üçün VII Aviasiya Təhlükəsizliyi (AVSEC) və Formallıqların sadələşdirilməsi (FAL) üzrə regional seminarı keçirilir.Azərtac xəbər verir ki, seminarda dövlət idarələrindən aviasiya təhlükəsizliyi və formallıqların sadələşdirilməsini təmin edən, fəaliyyətləri ICAO-nun 17-ci Əlavəsinin reallaşdırılması və 9 nömrəli Əlavənin müddəaları ilə əlaqəli olan mütəxəssislər iştirak edir. İştirakçılar aviasiya təhlükəsizliyi üzrə qlobal planın və regional yol xəritəsinin tətbiqi, həmçinin sözügedən amillərin iştirakçı dövlətlərə təsiri kimi vacib məsələlər ətrafında müzakirələr aparacaqlar.Seminar zamanı 17-ci Əlavənin potensialının artırılması üçün koordinasiyanın yaxşılaşdırılması və düzgün icrasının təmin edilməsi məqsədilə alt qrupların müəyyənləşdirilməsi planlaşdırılır. Həmçinin iştirakçılar təhlükəsizlik mədəniyyətinin daha da inkişaf etdirilməsi məsələlərinə baxacaq, ICAO-nun vasitələrinin cəmini və aviasiya təhlükəsizliyinin idarə edilməsi sistemini (SeMS) müzakirə edəcəklər.Bundan əlavə, seminarda sərnişin məlumatlarının (API) və sərnişin qeydiyyatı sənədlərinin (PNR) əvvəlcədən təqdim edilməsi məsələlərinə dair müzakirələr aparılacaq. Bununla əlaqədar, BMT Təhlükəsizlik Şurasının 2178 (2014) və 2396 (2017) saylı qətnamələrinin tələbləri, habelə ICAO-nun 9-cu Əlavəsi yenidən nəzərdən keçiriləcək.Qeyd edək ki, ICAO BMT-nin 1944-cü ildə yaradılan və beynəlxalq aviasiya standartlarını təyin edən ixtisaslaşmış qurumu olub, təhlükəsizlik və səmərəliliyin artırılması məqsədilə beynəlxalq aviasiyanın inkişafını koordinasiya edir. Azərbaycan 1992-ci ildən ICAO-nun üzvüdür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…