Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə Seçki Komissiyası yaradılıb.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, komissiyada 4-ü komitə əməkdaşları, 5-i isə qeyri-hökumət təşkilatlarının nümayəndələri olmaqla 9 üzv təmsil olunur.Təmsil olunan QHT-lər Demokratik Seçki Mərkəzi, “Turan İstedadlar” Birliyi, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, “Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyi və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyidir.Seçki Komissiyasının yaxın vaxtlarda keçiriləcək ilk iclasında komitə yanında İctimai Şuraya üzvlərin say həddi və şuraya seçkilərin təşkili məsələləri müəyyən ediləcək.Məlumatda, həmçinin qeyd olunub ki, İctimai Şura – “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, orqanların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsində iştirak edən məşvərətçi qurumdur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…