“IDC” analitik şirkətinin qənaətinə görə…

3 Aprel 2017 14:57

Xəbər 880 dəfə oxunub

“IDC” analitik şirkəti 2017-ci ildə dünyada kompüter təhlükəsizliyi ilə əlaqədar avadanlıq, proqram təminatı və xidmətlərin satış həcminin 8,2 faiz artaraq 81,7 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Yaxın illərdə illik artımın orta hesabla 8,7 faiz olmaqla bir qədər sürətlənəcəyi və 2020-ci ilədək bazarın həcminin 105 milyard dollaradək yüksələcəyi gözlənilir.“Computerworld” resursu xəbər verir ki, analitiklərin qənaətinə görə, rəqəmli transformasiya şirkətləri təhlükəsizlik vasitəçilərinə aktiv investisiya yatırmağa məcbur edir. Bu halda alışın 30 faizindən çoxu bank sahəsi, diskret istehsal və dövlət strukturlarının payına düşür. Alışı digərlərindən tez genişlənən (ildə 12 faiz) telekommunikasiya sahəsi artıq 2018-ci ildə ən böyük alıcılar beşliyinə daxil ola biləcək.Proqnoza görə, yaxın illərdə bazarın ən böyük seqmenti xidmətlər – ilk növbədə idarə olunan təhlükəsizlik servisləri, eləcə də inteqrasiya və konsultasiya xidmətləri olacaq. Bu il onların payının 31,2 milyard dollara yaxın olacağı ehtimal edilir. 2017-ci ildə şəbəkə təhlükəsizliyi aparat və proqram vasitələri seqmentinin həcmi 15,2 milyard dollar, son nöqtə təhlükəsizlik vasitələrinin həcmi 10,2 milyard dollar təşkil edəcək. Bundan başqa, avadanlıqlarda boşluqların qiymətləndirilməsi proqram vasitələri (ildə 6 faiz) seqmentləri və idarə olunan servis təhlükəsizliyi (ildə 12,2 faiz), istifadəçilərin davranışının analizi (ildə 12,2 faiz) və inteqrasiya olunmuş təhlükəsizlik idarəetmə qurğu (UTM) (ildə 11,9 faiz) proqramları aktiv inkişaf edəcək.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42