İdman Arenasında güləş yarışlarına start verilib

17 May 2017 11:21

Xəbər 681 dəfə oxunub

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində İdman Arenasında güləş yarışlarına start verilib. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.Azərtac xəbər verir ki, mayın 17-də – yarışların ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar xalça üzərinə çıxırlar.Gün ərzində dörddəbir final mərhələsində komandamızın üzvlərinin iştirakı ilə aşağıdakı görüşlər keçiriləcək: 59 kiloqram çəki dərəcəsində Murad Məmmədov – M.Nurbaxş (İran), 71 kiloqramda A.Budjemline (Əlcəzair) – Rəsul Çunayev, 80 kiloqramda A.Azisbekov (Qırğızıstan) – Rafiq Hüseynov, 98 kiloqramda T.Raza (Pakistan) – Orxan Nuriyev. Final görüşləri isə saat 18:00-da başlayacaq.xeber100.com