İdman dırmanmasının boldrinq növü üzrə yarış keçiriləcək

21 Aprel 2017 11:37

Xəbər 823 dəfə oxunub

Aprelin 29-da “ClimBaku” idman dırmanması mərkəzində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA)  təşkilatçılığı ilə idman dırmanmasının boldrinq növü üzrə yarış keçiriləcək.Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAIREX) Azərtac-a bildiriblər ki, aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunan yarış Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı reallaşdırılan “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” layihəsi çərçivəsində baş tutacaq.Yarışda aprel döyüşlərinin iştirakçıları, şəhidlərimizin ailə üzvləri və Qarabağ müharibəsinin veteranları, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.Gənclər və İdman Nazirliyi, FAIREX, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarışın keçirilməsinə təşkilati dəstək göstərirlər.xeber100.com