İdman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək

3 Mart 2023 13:22

Xəbər 370 dəfə oxunub

Martın 9-dan 12-dək Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışlarda iştirak edəcək İsrail yığmasının heyəti açıqlanıb. Heyətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının qalibi Artyom Dolqopyat, Eyal İndiq, Andrey Medvedev, Aleksandr Myakinin və Lihi Raz yer alıblar. Turnirdə rekord sayda – 49 ölkədən 170 idmançının iştirakı gözlənilir.

Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.xeber100.com