İdman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək

6 Mart 2023 14:54

Xəbər 290 dəfə oxunub

Martın 9-dan 12-dək Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək. Yarışlarda iştirak edəcək Almaniya yığmasının heyəti açıqlanıb. Heyətdə Paskal Brendel və Nils Dunkel yer alıblar. Turnirdə rekord sayda – 49 ölkədən 170 idmançının iştirakı gözlənilir.

Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.xeber100.com