Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi yığmamızın üzvləri İvan Tixonov, Nikita Simonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil ediblər.İ.Tixonov halqalar, dayaqlı tullanma və paralel qollar üzrə final mərhələlərinə vəsiqə qazanıb. Dayaqlı tullanma alətində təmsilçimizi fəxri kürsüdən bir addım ayırıb. 14.416 xalla o, 4-cü pillədə qərarlaşıb. Digər iki final mərhələsində isə İ.Tixonov 7-ci olub. N.Simonov isə halqalar üzrə finalda 6-cı yerdə qərarlaşıb.S.Qəhrəmanova ən yaxşı nəticəsini dayaqlı tullanma (9-cu yer), M.Minakovskaya isə müxtəlif hündürlüklü qollarda (12-ci yer) nümayiş etdirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…