Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub.Son olaraq Milli Gimnastika Arenasında kişilər arasında turnik üzrə qaliblər müəyyənləşib.Çıxışına görə hakimlərdən 14 xal alan Böyük Britaniya idmançısı Co Frayzer bütün rəqiblərini qabaqlayıb.Avstraliya təmsilçisi Mitçell Morqans 13,966 xalla gümüş, ukraynalı İlya Kovtun 13,866 xalla bürünc medala sahib olublar.Sonuncu qalib müəyyənləşdikdən sonra mükafatlandırma mərasimi təşkil olunub.Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil etdiyi dördüncü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayıb.Dörd gün davam edən turnirdə Azərbaycan təmsilçilərindən Nikita Simonov halqalarla yarışda bürünc medal qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…