İdman gimnastikası üzrə dünya kubokuna start verilib

15 Mart 2018 12:21

Xəbər 1348 dəfə oxunub

Martın 15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarına start verilib.Azərtac xəbər verir ki, Bakıda üçüncü dəfə təşkil olunan bu kubok yarışlarına 25 ölkədən 100-dən çox idmançı qatılıb.Kişi idman gimnastları günün birinci yarısında ilk təsnifat mərhələsində sərbəst hərəkətlər, paralel qollarda güclərini sınayırlar. Günün ikinci yarısında isə halqalarda bacarıqlarını nümayiş etdirəcəklər. Qadın idman gimnastları isə dayaqla tullanma, müxtəlif hündürlüklü qollarda yüksək xal yığmağa çalışırlar.Turnirin ilk günündə kişi idman gimnastlarından Murad Ağarzayev sərbəst hərəkətlərdə, Timur Bayramov paralel qollarda, qadınların mübarizəsində isə Yuliya İnşina və Marina Nekrasova dayaqla tullanmada ölkəmizi təmsil edirlər.Qeyd edək ki, yarışa martın 18-də yekun vurulacaq.xeber100.com