Mayın 13-də Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışının təsnifat mərhələsi keçirilib.Azərtac xəbər verir ki, təsnifat mərhələsi kişilər arasında sərbəst hərəkətləri, paralel qollar və halqalarla hərəkətləri, qadınlar arasında dayaqla tullanma, müxtəlif hündürlüklü qollarla hərəkətləri əhatə edib.İdman gimnastikasında Azərbaycanı Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova, Murad Ağarzayev, Timur Bayramov, Talas Bence təmsil ediblər.Yuliya İnşina, Yekaterina Tişkova müxtəlif hündürlüklü qollar, Marina Nekrasova və Yuliya İnşina isə dayaqla tullanmada finala çıxıblar. İdman gimnastikasının bu iki hərəkəti üzrə Azərbaycanın qadın gimnastları hamıdan irəlidədir.Kişilər arasında sərbəst hərəkətlər üzrə Azərbaycan təmsilçilərindən Murad Ağarzayev, halqalarla hərəkətlər üzrə təmsilçilərimiz Talas Bence və Murad Ağarzayev, paralel qollar üzrə Timur Bayramov, Talas Bence və Murad Ağarzayev finala yüksəliblər. İdman gimnastikasının bu hərəkətləri üzrə Azərbaycan gimnastları ümumi sıralamada ikinci yerdədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…