İdman Gününə həsr olunan stolüstü tennis turnirinə yekun vurulub

28 Fevral 2023 14:16

Xəbər 279 dəfə oxunub

Azərbaycan dövlət qurumlarının əməkdaşları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan stolüstü tennis turnirinə yekun vurulub.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yarışda 44 qurumdan 104 kişi, 43 qadın stolüstü tennis həvəskarı şəxsi mübarizədə bacarığını göstərib. İki gün davam edən yarışın nəticələrinə əsasən qadınlar arasında Svetlana Kayumova (SOCAR) baş mükafata layiq görülüb. Rəna Vahabzadə (Mədəniyyət Nazirliyi) ikinci, Leyla Bağırova (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə Yeganə Əlizadə (Mərkəzi Ordu İdman Klubu) üçüncü yeri tutub. Kişilərin turniri Əli Bayramovun (Fövqəladə Hallar Nazirliyi) qələbəsi ilə nəticələnib. Vüqar İbrahimov (Fövqəladə Hallar Nazirliyi) fəxri kürsünün ikinci, Yaşar Mövlamovla (Dövlət Turizm Agentliyi) və Fəxrəddin İsmayılov (Dövlət Təhlükəsizliyi Xidməti) üçüncü pilləyə qalxıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi turnirdə fərqlənən iştirakçılar diplom və mükafatlarla təltif olunublar.xeber100.com