İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat turniri başlayıb

26 Fevral 2018 12:48

Xəbər 765 dəfə oxunub

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş respublika şahmat turnirinə başlanılıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, turnir Xocalı soyqırımı haqqında gənc şahmatçıları məlumatlandırmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirilmək, dostluq və idman əlaqələrinin möhkəmləndirmək məqsədilə keçirilir. Ağcabədi rayonunda keçirilən turnirdə bölgələrdən beş yaş qrupu üzrə 194 şahmatçı mübarizə aparır.Turnirə fevralın 28-də yekun vurulacaq.Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə təltif ediləcək.xeber100.com