İyunun 27-də Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni II Avropa Oyunlarında səkkizdəbir final oyununu keçirib.Azərtac xəbər verir ki, bu mərhələdə idmançımızın rəqibi reytinqinə görə qitə çempionatının üçüncü ən güclü badmintonçusu sayılan hollandiyalı Mark Kalyou olub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə üç set oynanılıb. Təmsilçimiz güclü rəqibinə 1:2 (12:21, 21:17 və 14:21) hesabı ilə uduzaraq ikinci Avropa Oyunlarında mübarizəni dayandırıb.Xatırladaq ki, “Minsk 2019”un badminton yarışlarında G qrupunda yer alan E.Qovimuramadhoni ilk görüşdə Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21:19, 18:21, 21:10) hesabı ilə qalib gəlib. İkinci turda Lüksemburq təmsilçisi Robert Mann üzərində 2:0 (21:18, 21:15) hesablı qələbə qazanan badmintonçumuz üçüncü turda turnirin reytinqinə görə yeddinci ən güclü badmintonçu olan Rusiya təmsilçisi Vladimir Malkovla qarşılaşıb. Badmintonçumuz rəqibinə 0:2 (7:21, 11:21) hesabı ilə uduzsa da səkkizdəbir finala vəsiqə qazanıb.Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk iki yeri tutan badmintonçu səkkizdəbir final mərhələsinə vəsiqəni təmin edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…