II Bundesliqa təmsilçisi ilə anlaşma imzalanıb

25 May 2019 14:01

Xəbər 680 dəfə oxunub

21 yaşladək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Barış Ekincier Almaniyanın “Bohum” klubu ilə müqaviləsinin müddətini uzadıb.Milli.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi II Bundesliqa təmsilçisi ilə 2022-ci ilin yayına qədər anlaşma imzalayıb.Qeyd edək ki, Barış başa çatan mövsümdə əsas komandanın heyətində II Bundesliqada və Almaniya Kubokunda bir oyun keçirib. Gənc futbolçu ötən ilin dekabrında ürək əməliyyatı keçirmiş və mövsümü erkən tamamlamışdı. Milli üzvü bir müddətdi ki, məşqləri bərpa edib.xeber100.com