Aprelin 28-29-da Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində mühasibat uçotu sahəsində müasir çağırışlar çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi Gənc Mühasiblər Birliyinin iştirakı ilə II Milli Mühasiblər Forumu keçiriləcək.Azərtac vergiler.az saytına istinadla bildirir ki, dövlət və özəl sektorda şəffaflığın, uçot və hesabatlılığın müasir tələblərə uyğun təşkil olunması məqsədilə keçiriləcək forumda mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi, vergi qanunvericiliyi və mühasibat uçotu, büdcə və QHT sektorunda uçot və hesabatın təşkili problemləri, kommersiya qurumlarında uçot və hesabatın problemləri, mühasibat proqramları təminatında müasir çağırışlar, təhsil və sertifikasiya, mühasibat uçotu üzrə karyera və şəxsi inkişaf imkanları mövzuları müzakirə ediləcək.Tədbir çərçivəsində, həmçinin, mühasibat uçotu sahəsində 2018-ci ilin ən yaxşı mühasibat uçotu kitabı, məqaləsi, jurnalı, təlimçisi və proqramı nominasiyaları üzrə müsabiqələr də təşkil olunacaq. Qalibləri mükafatlar, qiymətli hədiyyələr və sertifikatlar gözləyir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…