II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

16 Oktyabr 2016 20:16

Xəbər 809 dəfə oxunub

Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində II Uşaq Paralimpiya İdman Oyunları təşkil olunacaq. Azərtac xəbər verir ki, yarışlar Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK), “Azercell Telekom” MMC-nin və UNICEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirdə respublikanın müxtəlif regionlarını təmsil edən uşaq paralimpiyaçılar idmanın beş növü (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) üzrə güclərini sınayacaqlar. Yarışda sağlamlıq imkanları məhdud 60-dan çox uşaq mübarizə aparacaq.xeber100.com